putin 3 900x506 1

Rusiya Prezidenti Vladimir Putin yeni Mərkəzi Seçki Komissiyası ilə görüşündə seçki təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirilməsi barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə TASS agentliyindən sitat gətirilib.

“Xahiş edirəm ki, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirəsiniz və Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyası və digər qurumlarla daim əlaqə saxlayasınız”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, martın 11-də keçirilən plenar iclasda Dövlət Dumasının deputatları beş parlamentarini Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının üzvü təyin etmək barədə qərar qəbul ediblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: