Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İtaliya müdafiə nazirinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə korrupsiya ilə mübarizəyə görə təşəkkür etməsinə ironik reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Zaxarova öz teleqram kanalında yazıb.
Diplomat paylaşımında İtaliya nazirinin bəyanatını kinayə ilə şərh edərək, Zelenskinin “narkotiklərlə mübarizə” məsələsinə eyham vurub.
Bir qədər əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib ki, Ukraynada keçmiş energetika naziri, hazırkı ədliyyə naziri Herman Qaluşenkonun evlərində, həmçinin Enerqoatomun ofislərində axtarışlar aparılıb. Həmçinin, Prezident Zelenskiyə yaxın iş adamı Timur Mindiçin evində də axtarışlar həyata keçirilib.
Noyabrın 13-də Prezident Volodimir Zelenski energetika sahəsində korrupsiya işi ilə əlaqədar Timur Mindiç və onun əsas maliyyə tərəfdaşı Aleksandr Tsukermana qarşı sanksiyaların tətbiq olunması barədə fərman imzalayıb.
Tahir Turan
Globalinfo.az