putin teyyare 1

Rusiya Prezidenti Vladimir Putin İrana səfər edəcək, artıq Tehran hökuməti bu istiqamətdə hazırlıqlara başlayıb. 

Globalinfo.az xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani “RİA Novosti”yə bildirib.

“Prezident Putinin Tehrana səfəri hazırda planlaşdırma mərhələsindədir və lazımi hazırlıqlar görülür”, – hökumət rəsmisi söyləyib.

Qeyd edək ki, aprelin 18-də İran Prezidenti Məsud Pezeşkian Vladimir Putini ölkəsinə səfərə dəvət etmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: