Türkiyənin İzmir vilayətində 17 nəfərin həyatına son qoyan zavod partlayışı ilə bağlı istintaq çərçivəsində saxlanılanların sayı 17-yə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə ədliyyə nazirinin müavini Can Tuncay məlumat verib.
Onun sözlərinə görə, hadisə ilə əlaqədar daha 11 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Xatırladaq ki, Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayış nəticəsində 17 nəfər ölüb. Hadisədən sonra aparılan ilkin araşdırmalar çərçivəsində 6 nəfər saxlanılmışdı.
Hazırda partlayışın səbəbləri və hadisədə məsuliyyəti olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Əliyar Xəlil
Globalinfo.az