
Belarusun xarici işlər naziri Maksim Rıjenkov Ukraynada müharibənin sona yaxınlaşdığına dair bir sıra əlamətlərin olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Berliner Zeitung” qəzetinə müsahibəsində danışıb. Rıjenkov Belarus Prezidenti Aleksandr Lukaşenkonun müharibənin yaxın aylarda bitə biləcəyi ilə bağlı proqnozunu dəstəklədiyini deyib.
Nazir özünün də münaqişənin sonuna yaxınlaşıldığına dair daxili qənaətinin olduğunu vurğulayıb. Onun fikrincə, hazırda bu ehtimalı gücləndirən bir sıra siyasi və iqtisadi amillər mövcuddur.
Rıjenkov xüsusilə Ukraynanın enerji və infrastruktur sahəsindəki çətinliklərinə diqqət çəkib. O bildirib ki, istilik mövsümü ərəfəsində enerji təminatının kritik vəziyyətdə olması ölkə daxilində sosial narazılıqları artıra bilər.
Belarus XİN rəhbəri, həmçinin Ukraynanın hərbi əməliyyatları davam etdirmək üçün resurslarının məhdud olduğunu iddia edib. Onun sözlərinə görə, Avropa İttifaqı və NATO-nun Kiyevə davamlı dəstəyi belə ölkənin iqtisadi problemlərini aradan qaldırmaq üçün kifayət etmir.
Rıjenkov Rusiyanın hərbi-sənaye potensialının sürətlə artdığını da qeyd edərək bunun münaqişənin gedişinə təsir edən amillərdən biri olduğunu bildirib.
Tahir Turan
Globalinfo.az