Mohsen Rezaie

İran Hörmüz boğazının yenidən açılması üçün ABŞ qarşısında irəli sürdüyü yeddi şərtin yerinə yetirilməsini tələb edir. Tehran Vaşinqtonun cavabını qənaətbəxş hesab etmir.

Globalinfo.az xəbər verir ki, ISNA xəbər agentliyinin məlumatına görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

Onun sözlərinə görə, İran tərəfi ABŞ-dən irəli sürülən tələblərə dair aydın və konkret cavab gözləyir. Rzayi Vaşinqtonun ilkin mövqeyinin Tehranı qane etmədiyini və aldadıcı xarakter daşıdığını iddia edib.

“İran yeddi şərt irəli sürüb və onların yerinə yetirilməsini gözləyir. ABŞ-nin ilkin cavabını qeyri-kafi hesab edirik. Bu şərtlər tam şəkildə yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq”, – deyə Rzayi bildirib.

İranlı rəsmi əlavə edib ki, Vaşinqtonun danışıqların davam etdirilməsi ilə bağlı açıqlamaları da reallığı əks etdirmir. Onun sözlərinə görə, hazırda iki ölkə arasında birbaşa danışıqlar aparılmır.

Tahir Turan
Globalinfo.az

Paylaş: