Rusiya Ukraynanın qida sənayesinə zərbələr endirməyə hazırlaşır.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Novini.LİVE” saytı Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadla məlumat yayıb.
Məlumata görə, taxıl elevatorları, kənd təsərrüfatı məhsulları anbarları, yağ emalı zavodları, süd məhsulları müəssisələri, ət kombinatları və quşçuluq təsərrüfatları təhlükə altındadır.