polsha polis

Polşada Rusiya xüsusi xidmət orqanlarının xeyrinə casusluq və təxribat fəaliyyətləri ilə məşğul olmaq şübhəsi ilə iki Ukrayna vətəndaşı saxlanılıb.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Polşanın xüsusi xidmət orqanları üzrə nazir-koordinatoru Tomaş Semonyak məlumat yayıb.

Onun sözlərinə görə, həbslər Mazoviya voyevodalığında həyata keçirilib. Saxlanılan şəxslərin 24 və 25 yaşları var.

Bildirilib ki, onlar Polşadakı kritik infrastruktur və hərbi obyektləri müəyyən edərək fotoşəkillərini çəkiblər. Casusluq və təxribatla yanaşı, onlar həmçinin nəqliyyat vasitələrini yandırmaqda şübhəli bilinirlər.

Şübhəlilər barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

Paylaş: