Gəncədə iki avtomobil toqquşub.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki , 6 nəfərin xəsarət aldığı hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Qəza zamanı 1981-ci il təvəllüdlü E.Əsədullayev, 1989-cu il təvəllüdlü A.Hüseynova, 2018-ci il təvəllüdlü A.Əsədullayeva, 2020-ci il təvəllüdlü C.Əsədullayeva, 2024-cü il təvəllüdlü A.Əsədullayeva və 1996-cı il təvəllüdlü E.Hümbətov xəsarət alıb.

Hadisə yerinə Təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: