
Bakının mənzil-kommunal təsərrüfatı sahəsində yaranmış külli miqdarda borc məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Paytaxtın yeddi rayonu üzrə mənzil-kommunal birliklərinin dövlət qarşısında ümumilikdə 24 milyon manat borcu olduğu məlum olub.
Borcun ən böyük hissəsi Binəqədi rayonunun, ən az hissəsi isə Qaradağ rayonunun payına düşür.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mənzil-kommunal idarələri sakinlərdən mənzillərinin sahəsinə uyğun müəyyən edilmiş minimal kommunal ödənişlər yığırlar.
Onun sözlərinə görə, toplanan vəsaitlər ərazilərin məişət tullantılarından təmizlənməsi, zibillərin daşınması və digər kommunal xidmətlərin həyata keçirilməsinə sərf olunur.
Deputat Vüqar Bayramov da “JEK”lərin borc probleminə münasibət bildirib. O, gələn ildən bu qurumların strukturunda dəyişikliklərin aparılmasının gündəmə gələ biləcəyini deyib:
“Gələn ildən “JEK”lərin strukturunun dəyişdirilməsi istiqamətində işlər görülə bilər.
Bu da öz növbəsində onların məsuliyyətinin və vergi borclarının artmasının qarşısının alınmasına təsir edə bilər”.
Mövzu ilə bağlı daha ətraflı “Xəzər” TV-nin videomaterialında: