Screen Shot 2024 04 05 at 11.37.02

Gürcüstan nümayəndə heyətləri ilə görüşlərin qarşısını almaq üçün təlimatlar verildiyi barədə bizə müxtəlif məlumatlar daxil olur. Brüssel Gürcüstanın Avropa Birliyinə üzv ölkələrlə ikitərəfli münasibətlərini bloklamağa çalışır.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Müxtəlif mənbələrdən məlumat alırıq ki, Brüsseldən paytaxtlara birbaşa təlimatlar verilir ki, Gürcüstan nümayəndə heyətləri ilə görüşlər keçirilməsin. Xoşbəxtlikdən, AB-də hələ də Brüsselin bu sovet yanaşmasını paylaşmayan bir çox əsl avropalı var. Buna görə də bu gün Brüsselin bu anti-Gürcüstan siyasətinin AB üzv dövlətləri ilə ikitərəfli münasibətlərimizə təsir etməməsi bizim üçün vacib və dəyərlidir”, – Papuaşvili qeyd edib.

Paylaş: