Putin elan etdi, ermənilər arasında çaxnaşma başladı

Rusiya Prezidenti Vladimir Putinin Qarabağla bağlı səsləndirdiyi fikirlər ermənilər arasında çaxnaşmaya səbəb olub.

Globalinfo.az xəbər verir ki, V.Putinin Praqada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair fikirləri erməniləri iki yerə parçalayıb.

Bəziləri bu sözlərin anlamının Ermənistan baş naziri Nikol Paşinyanın satqın olması və devrilməsinə zəmin kimi şərh ediblər.
Sözügedən qrupa dəstək verənlərdən biri bloger Mikael Badalyan olub. O, Putinin sözlərinə “bu, hərəkətə keçin çağırışıdır” şəklində reaksiya verib.

Həmin paylaşıma bəzi ermənilər mənfi reaksiya veriblər. Onlar M.Badalyanın dövlət çevrilişinə çağırışa görə həbsini tələb ediblər.