Rusiya Prezidenti Vladimir Putin Bakı şəhərini “regionun vahəsi” adlandırıb.
Globalinfo.az xəbər verir ki, o bu barədə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
“Bakıda olmaqdan çox məmnunam”, – Rusiya lideri bildirib.
Putin qeyd edib ki, Azərbaycan Prezidenti Bakının inkişafına böyük diqqət yetirir.
“Bu, göz önündədir. Şəhər uğurla inkişaf edir, deyərdim ki, regionda bu cür vahəyə çevrilir.
Biz Bakını sevirik – gözəl şəhərdir! Ən əsası isə Azərbaycanın bir çox digər yaşayış məntəqələri kimi intensiv inkişaf edir”, – Putin əlavə edib.