pezeskian 09 900x600 1

İran prezidenti Məsud Pezeşkian ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin həlak olması ilə bağlı başsağlığı verib və günahkarların sərt şəkildə cəzalandırılacağını bildirib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, dövlət başçısı məsul şəxsləri ağır qisasın gözlədiyini vurğulayıb.

“Şübhəsiz ki, müqəddəs İran torpağının məzlum, lakin cəsur və mətanətli şəhidlərinin qanına bulaşmış cinayətkar terrorçuları sərt qisas gözləyir”, – deyə prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti Əli Laricaninin həlak olması ilə bağlı məlumatı təsdiqləmişdi.

Paylaş: