Paşinyanı ifşa edən sayta hücum edildi: arxasında bu ölkə dayanır

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı yayımlanan məqalədən sonra məşhur erməni müxalif qəzeti “Hraparak”ın veb versiyası kiberhücuma məruz qalıb.

Globalinfo.az xəbər verir ki, sayt 24 saatdan çoxdur işləmir.

Hazırda fəaliyyətin bərpası istiqamətində işlərin görüldüyü bildirilsə də, problem tam olaraq aradan qaldırılmayıb.

Qəzetin baş redaktoru Armine Ohanyan hücumun hansı ölkədən edildiyinin müəyyən olunduğunu deyib:

“Biz bütün günü problemi həll etməyə çalışdıq, hətta serveri dəyişdik. Gecə problem bir saat müddətində aradan qaldırıldı. Lakin səhər daha güclü hücum oldu və qəzetin veb versiyasının yayımı dayandı. Bu hücumların ABŞ-dan edildiyini müəyyənləşdirdik”.

Qeyd edək ki, saytın Nikol Paşinyanın qondarma rejimin buraxılması ilə bağlı sənəddən məlumatlı olduğuna dair məqalənin yayımlanmasından sonra bloklanması diqqət çəkib.

Ayşən Mustafa
Globalinfo.az