ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynlə bağlı qalmaqal fonunda ticarət naziri Hovard Lütniyi vəzifədən uzaqlaşdırmaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barəəd “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Buna səbəb nazirin Trampın prezident kitabxanasının yaradılması üçün 25 milyon dollar ianə etməsi olub.
Qeyd edilib ki, Ağ Ev rəhbəri bu ilin əvvəlində Hovard Lütniyin vəzifədən kənarlaşdırılması məsələsini nəzərdən keçirib:
“Çünki nazir keçmişdə Ceffri Epşteynə məxsus şəxsi adada olduğunu etiraf etmişdi. Amma Lütniyin Donald Trampın prezident kitabxanasının yaradılmasına 25 milyon dollar vəsait ayırmasından sonra vəziyyət dəyişdi. İanənin köçürülməsindən sonra ABŞ prezidenti nazirin vəzifədən çıxarılması məsələsini gündəmə gətirməyib”.
Safura Bənnayeva
Globalinfo.az