az 3

Çeçenistanda fərdi yaşayış evində baş verən qaz partlayışı nəticəsində 5 yaşlı qız ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, noyabrın 21-də gecə saatlarında Komsomolskoye kəndində yerləşən fərdi yaşayış evində qaz-hava qarışığının partlaması nəticəsində yanğın baş verib.

Hadisə zamanı 5 yaşlı qız həyatını itirib. Daha 4 nəfər – qızın anası, iki azyaşlı uşaq və babası müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi və ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.

Hazırda hadisə ilə bağlı zəruri ekspertizalar təyin edilib, partlayışın səbəbləri və başvermə şəraiti araşdırılır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: