xTOv0iUW5aVnrLoiRveaUGlK679LLs72TfiKRfZT 1200

Tanzaniyanın Zənzibar adasında yerləşən məşhur Nunqvi kurortunda baş verən güclü yanğın böyük dağıntılara səbəb olub.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində təxminən 200 turist təhlükəsiz əraziyə təxliyə edilib.

Məlumata görə, yanğın noyabrın 21-də günorta saatlarında Hind okeanının sahilində yerləşən “Makofi Hotel”də başlayıb.

Alov qısa müddətdə yaxınlıqdakı hotellərə keçib. Yanğının söndürülməsi təxminən üç saat çəkib.

Hadisə nəticəsində altı hotel, dörd restoran və 40-a yaxın mağaza zərər görüb. Yanğından zərər çəkən hotellər arasında “Makofi Hotel”, “Sandies Nungwi Beach”, “Z Hotel”, “Nungwi Garden Inn”, “Pasha” və “Bravo Hotel” var. Bəzi obyektlərin ciddi dağıntılara məruz qaldığı bildirilir.

Zənzibarın Turizm və Qədim Abidələr naziri Nasra Nassor Omarın açıqlamasına görə, ilkin araşdırmalar yanğının çörək bişirmək üçün istifadə olunan sobadan başladığını göstərir.

Alovun sürətlə yayılmasına hotellərin bir-birinə yaxın yerləşməsi, güclü külək və palma yarpaqlarından hazırlanan dam örtükləri də təsir edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: