fiko

Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının Ukraynaya ayırmağı planlaşdırdığı 45 milyard avroluq yeni maliyyə paketini tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

O, Kiyevin bu vəsaiti geri qaytarmayacağını bildirərək, ayrılan pulların kredit deyil, əslində, hədiyyə olduğunu iddia edib:

“Avropa İttifaqı Ukraynadakı müharibənin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə bazarlarından 45 milyard avro borc götürməyi və bütün borca zəmanət verməyi planlaşdırır.  Brüssel Ukraynanın bu vəsaiti geri qaytara bilməyəcəyini əvvəlcədən anlayır.

Gəlin, həqiqəti danışaq: bunlar kredit deyil, hədiyyədir. Ukrayna nə bu 45 milyard avronu, nə də əvvəlki 90 milyard avronu geri qaytaracaq”.

Baş nazir Brüsselin yeni maliyyələşməni Aİ-nin 2028–2034-cü illər üzrə büdcəsi ilə əlaqələndirmək cəhdlərini də tənqid edib.

Fitso xatırladıb ki, Slovakiya əvvəlki 90 milyard avroluq kredit paketində iştirak etməyib və gələcəkdə də eyni mövqeyi qorumaq niyyətindədir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: