Qarabağ haqda bu xəbəri yayan sayt bağlandı – FOTO

Ermənistanın məşhur “Hraparak” saytı haker hücumuna məruz qalıb və fəaliyyəti dayandırılıb. 

Globalinfo.az xəbər verir ki, saytın Nikol Paşinyanın qondarma rejimin buraxılması ilə bağlı sənəddən məlumatlı olduğuna dair məqalənin yayımlanmasından sonra bloklanması diqqət çəkib.

Belə ki, nəşrin məlumatına görə, Nikol Paşinyan “artsax”ın özünü buraxmasına dair sənədin hazırlandığını bilib və keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın bunu imzalamasında təkid edib. Nəticədə Şahramanyan bu qərarı təsdiqləyib.

Əliyar Xəlil
Globalinfo.az