vucic 900x600 1

Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiçin Belqradın mərkəzində yerləşən keçmiş Yuqoslaviya Xalq Ordusunun qərargahının ərazisində hotel tikintisi layihəsinin reallaşdırılması üçün Donald Trampın kürəkəni Cared Kuşnerin maraqlarına uyğun lobbiçilik etdiyi iddia olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin məlumat yayıb. 

Vuçiç layihənin qarşısındakı bürokratik maneələrin aradan qaldırılması üçün dövlət rəsmilərinə şəxsən təzyiq göstərib.

Nəşr yazır ki, ərazidəki binanın sökülməsi üçün onun milli-mədəni irs obyekti statusunun ləğvi tələb olunurdu. Bu plan Serbiyada tələbə etirazlarına səbəb olan əsas məsələlərdən birinə çevrilib və Vuçiçin oktyabr seçkilərində məğlubiyyətinə təsir göstərən amillər sırasında yer alıb.

Serbiyanın Mədəni Abidələrin Mühafizəsi İnstitutunun keçmiş direktoru Dubravka Cukanoviç prokurorluğa verdiyi ifadədə Prezident sarayında keçirilən görüş zamanı Vuçiçin onu və həmkarlarını “axmaq” adlandırdığını bildirib.

Onun sözlərinə görə, Vuçiç rəsmilərdən tikinti layihəsinə maneələrin aradan qaldırılmasını və bunun məsuliyyətini üzərlərinə götürmələrini tələb edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: