6b01f53486be16b01f53486be217952904206b01f53486bdf6b01f53486be0

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyndə yerləşən iki ABŞ hərbi bazasına hücum etdiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Şeyx İsa və Əl-Cüfeyr hərbi bazaları hədəfə alınıb.

Agentlik hücumun ABŞ-ın hərəkətlərinə cavab olaraq həyata keçirildiyini bildirib.

Hücumun nəticələri və mümkün itkilər barədə məlumat verilməyib.

SEPAH hələlik hücumla bağlı rəsmi açıqlama yaymayıb.

Paylaş: