Polşa Rusiyaya nota verməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski məlumat verib.
O qeyd edib ki, Varşava ölkənin hava məkanının pozulması ilə bağlı Moskvanın rəsmi izahatını tələb edəcək.
Nazirin sözlərinə görə, Polşa ərazisində aşkarlanan uçan obyektlərin Rusiyaya məxsus olması hələlik qəti şəkildə müəyyənləşdirilməyib. Buna görə də rəsmi Varşava diplomatik etirazını bildirməzdən əvvəl hadisə ilə bağlı şübhə doğurmayan sübutların əldə olunmasını gözləyir.
Sikorski qeyd edib ki, Polşanın hava sərhədlərinin pozulması eyni zamanda NATO-nun hava məkanına müdaxilə kimi qiymətləndirilir. O, Rusiyaya qarşı kəskin etirazın diplomatik kanallarla çatdırılacağını bildirib.
XİN rəhbəri məsələnin Brüsseldə həm hərbi, həm də siyasi müstəvidə müzakirəyə çıxarılacağını da açıqlayıb.
Diplomatın sözlərinə görə, Rusiyanın təxribat və diversiya fəaliyyəti təkcə Polşanı hədəf almır. Almaniya, Danimarka və Baltikyanı ölkələrdə də oxşar insidentlər qeydə alınır. Bundan başqa, Rusiya dronlarının Rumıniyanın hava məkanına vaxtaşırı daxil olduğu bildirilir.
Safura Bənnayeva
Globalinfo.az