İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:25:53-də baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Təkanlar Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bal gücündə hiss edilib.
Safura Bənnayeva
Globalinfo.az