mark rutte 900x600 1

“NATO Polşanın hava məkanına müdaxilə ilə bağlı hadisədən sonra ölkənin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri addımlar atacaq”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Varşavaya səfəri zamanı bəyan edib.

Baş katib bildirib ki, alyans Polşanın ərazi bütövlüyünü qorumaq öhdəliyinə sadiqdir və ölkə ərazisinin hər qarışını müdafiə edəcək.

Ruttenin sözlərinə görə, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Aleksus Qrinkyeviç alyansın müdafiə və çəkindirmə imkanlarına qarşı yarana biləcək təhdidləri araşdıracaq.

Zərurət yaranarsa, müdafiə tədbirlərində müvafiq dəyişikliklər ediləcək.

Rutte hadisənin bütün təfərrüatlarının araşdırılmalı olduğunu da vurğulayıb.

Məlumata görə, noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçiriləcək. Toplantıda Polşanın hava məkanının pozulması məsələsinin müzakirəsi gözlənilir.

Xatırladaq ki, Polşa hakimiyyəti noyabrın 20-də ölkənin hava məkanına iki raket və bir pilotsuz uçuş aparatı olduğu ehtimal edilən üç obyektin daxil olduğunu açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: