Yəməndəki husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad istiqamətində buraxdığı pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Yəməndəki legitim hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi, general-mayor Türki əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Ər-Riyad istiqamətində hərəkət edən PUA-nı vaxtında aşkarlayaraq ələ keçirib və məhv edib.
Əl-Maliki hadisə ilə bağlı açıqlamanı “X” sosial şəbəkəsində paylaşıb.
PUA-nın zərərsizləşdirilməsi nəticəsində hər hansı dağıntı və ya insan tələfatının olub-olmaması barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, son günlər Səudiyyə Ərəbistanı ilə husilər arasında qarşıdurma yenidən intensivləşib. Koalisiya daha əvvəl də Ər-Riyad istiqamətində buraxılan raket və pilotsuz uçuş aparatlarının qarşısının alındığını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az