İndoneziyada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Zəlzələnin episentri Sulavesi adasında yerləşən Bitunq şəhərindən 227 kilometr şimal-şərqdə olub.
Episentr bölgəsindəki silkələnmələrin intensivliyi “kifayət qədər güclü” kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 5,4 olaraq açıqlayıb. Amerika mütəxəssislərinin məlumatına görə, yeraltı təkanların ocağı 43,7 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.
Əliyar Xəlil
Globalinfo.az