Rusiya Ermənistanın Avropa Birliyinə (AB) qoşulmaq istəyini görməzdən gələ bilməz.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə deyib.
“Əlbəttə ki, biz bunu görməzdən gələ bilmərik.
Xüsusilə hazırkı vəziyyətdə, AB-nin iqtisadi inteqrasiya birliyindən ölkəmizə qarşı düşmənçiliyini gizlətməyən hərbi-siyasi birliyə çevrildiyi bir vaxtda.
Yenə deyirəm, biz bunu görməzdən gələ bilmərik”, – Overçuk vurğulayıb.