Paşinyan Zəngəzur dəhlizinə razılaşıb, sülhməramlılar gəlir – KİV

Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı aparılan müzakirələrin detalları bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, erməni tərəfi öz ərazisindən dəhliz verməkdən imtina edə bilməyəcək. Qəzet yazır ki, dəhlizin verilməsini Azərbaycandan çox Rusiya tələb edir. Bununla belə, Paşinyanın Ermənistandan keçəcək yolda Rusiya sülhməramlılarının 3-5 illik yerləşdirilməsinə razılaşacağı qeyd edilib.

Xatırladaq ki, bu həftə Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinləri görüşəcək. Görüşdə əsas müzakirə mövzusu Zəngəzur dəhlizi olacaq. Rusiya görüşdən əvvəl tərəflər arasında bütün məsələlərin razılaşdırıldığını və əsas fikir ayrılığının texniki məsələlərdə qaldığını qeyd edib.

İlkin Həsənov
Globalinfo.az