pasinyan 91 900x600 4

Ermənistanın Baş naziri Nikol Paşinyan “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin ölkəyə milyardlarla dollar həcmində yeni investisiyalar cəlb edəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paşinyan hökumət üzvləri ilə keçirdiyi işçi müşavirədə layihənin milyardlarla dollar dəyərində olduğunu və yaxın gələcəkdə Ermənistanda yüksək investisiya fəallığının gözlənildiyini deyib.

“TRIPP milyardlıq proqramdır və bu, Ermənistana yeni investisiyanın axınına səbəb olacaq”, – deyə baş nazir vurğulayıb.

Paşinyan həmçinin Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə imzalanan sazişin ratifikasiyası prosesinin mümkün qədər tez başa çatdırılmasının vacibliyini qeyd edib.

Baş nazirin sözlərinə görə, layihə ilə bağlı daha inamlı olmaq lazımdır:

“Əvvəlki təcrübəmiz göstərir ki, əsas məsələ pul deyil, məzmundur”, – Paşinyan deyib.

Qeyd edək ki, TRIPP layihəsi Ermənistanın nəqliyyat və iqtisadi əlaqələrinin genişləndirilməsinə yönələn təşəbbüs kimi təqdim olunur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: