Paşinyan XİN-ə gəldi: sülhlə bağlı müzakirə

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Xarici İşlər Nazirliyində qurum rəhbəri Ararat Mirzoyanın rəhbərlik etdiyi heyətlə görüşüb. 

Globalinfo.az xəbər verir ki, görüşdə Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsi, Azərbaycanla münasibətlərin normallaşması və başqa məsələlər müzakirə edilib.

Həmçinin, 2023-cü ildə ölkənin xarici siyasət kursunda görülən işlər haqda baş nazirə hesabat təqdim olunub.