Paşinyan Bakıya getməlidir, lakin bir şərtlə! – Surenyants

pasinyan helikopter 1

“Azərbaycan Ermənistanı noyabrda keçiriləcək COP29 İqlim sammitinə dəvət edib. Burada İrəvana sənəd imzalanması təklif oluna bilər”. 

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

O, Bakının COP29 təklifinin çox vacib addım olduğunu bildirib:

“Baş nazir Nikol Paşinyan Bakıya səfər edəcəyi halda ona müvəqqəti sənədin imzalanması təklif oluna bilər. Bu, imic baxımdan Bakı üçün çox mühüm addım olsa da, İrəvan üçün belə deyil”.

Politoloq baş nazirin Bakıya səfər qarşılığında şərt irəli sürməli olduğunu deyib. Bildirib ki, Paşinyan yalnız keçmiş qondarma rejimin həbsxanada olan terrorçuları ilə geri qayıtmaq şərti qarşılığında Bakıya getməyə razılıq verməlidir.

Qeyd edək ki, sözügedən şəxslər (keçmiş separatçı rejimin nümayəndələri – red.) Azərbaycana qarşı müharibə və terror cinayətlərində iştirak edib. Onların Ermənistana təhvil verilməsi müzakirə mövzusu deyil.

Ayşən Mustafa
Globalinfo.az