519508679 1272072607616942 5577492295410965245 n 1753348315604

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadadır.

Globalinfo.az xəbər verir ki, o, Rusiyanın Altay Respublikasında keçiriləcək “Təbiət və ətraf mühitin mühafizəsi” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

“Onu həyat yoldaşı və kiçik qızı müşayiət edir. Paşinyanı hava limanında Altay Respublikasının başçısı Andrey Turçak, baş nazir Aleksandr Prokovev və Qornı Altayın meri Olqa Safronova qarşılayıblar. Səfər çərçivəsində baş nazir Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə ikitərəfli görüşü olacaq”, – deyə erməni mediasında qeyd olunub.

Məlumata görə, səfər iki gün davam edəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: