Paşinyan erməni biznesmenlərdən pul yığır – ŞOK SİYAHI

Ermənistanda bir çox biznesmenlərə “Vətəndaş sazişi” Partiyasına “ianə” etmək tapşırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Belə ki, Nikol Paşinyan hökumətinin biznesmenlərə təzyiqi öz bəhrəsini verib və 31 iyulda keçirilən kampaniya çərçivəsində 1 322 000 ABŞ dollarından artıq vəsait toplanıb.

Paşinyanın komandasının təzyiq göstərərək “şirinlik” qopardığı şəxslər arasında Qarabağ ermənisi Arman Akopcanyan, hakimiyyətin sevimli sahibkarı Narek Nalbandyan, “Art Lunch” şəbəkəsinin təsisçisi Bakur Melkonyan, “Yeremyan Projects” şirkətinin baş direktoru David Yeremyan, “Dvin” hotelinin sahibi Artak Tovmasyan, “Vivaro” şirkətinin təsisçiləri Vaqe və Viqen Badalyanlar da olublar.

Viqen Badalyam parlamentin spikeri Alen Simonyanın dostudur. Qardaşların məcburi ianəni gizli şəkildə etdiyi istisna olunmur.

İntiqam Əhmədov
Globalinfo.az