putin milcakov

Rusiya ordusunun 51-ci ümumqoşun ordusunun komandanı, general-leytenant Sergey Milçakov həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb.

Bildirilib ki, o, Donetskdə Rusiya hərbi komanda məntəqəsinə endirilən zərbə zamanı ölüb.

Milçakovun məhz həmin zərbələr nəticəsində öldüyü barədə məlumatı Rusiya tərəfi hələlik rəsmi şəkildə təsdiqləməyib. Generalın ölümü ilə bağlı xəbərlər Rusiya və Ukrayna mediasında, həmçinin “Atesh” partizan hərəkatının yaydığı məlumatlarda yer alıb.

Paylaş: