Paşinyan əraziləri verəcək ki, hakimiyyətdə qalsın – Erməni politoloq

Ermənistan hökumətinin bir hədəfi var: bütün güc mərkəzlərinə istənilən şeyi vəd verib, hakimiyyətdə uzun müddət qalmaq.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq, eks-diplomat Ara Papyan deyib.

“Nikol Paşinyan və komandası yalan və manipulyasiyalarla hakimiyyətdə mümkün qədər çox qalmaq istəyir. Bunu Zəngəzur və Vayoç Dzorun hesabına edəcəklərinin onlar üçün heç bir fərqi yoxdur. Çoxsaylı korrupsiya razılaşmaları buradan qaynaqlanır. Təsadüfi deyil ki, Dövlət Departamentinin hesabatında Ermənistanda sistemli korrupsiyadan bəhs edilir”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az