“Erməni Apostol Kilsələrində Müqəddəs Liturgiya mərasimindən əvvəl dövlət himnimizin səsləndirilməsini təklif edirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O vurğulayıb ki, Ermənistan ərazisindəki kilsələrin istər girişlərində, istərsə də içində dövlət bayrağının qoyulması məsələsi müzakirə olunmalıdır:
“Bu, bir çox ölkələrdə adi haldır. Hesab edirəm ki, Ermənistanda da tətbiq olunmalıdır”.
Qeyd edək ki, son vaxtlar Paşinyanın erməni kilsəsində ciddi reformlar keçirəcəyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az