60f204aa 2cc4 41c6 af99 9051999cf610 6

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton hazırkı prezident Donald Trampın Ağ Evdə bal zalı tikmək planlarına sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, Klinton sosial şəbəkə platforması olan “X”də paylaşım edərək Trampı tarixi binanı “dağıtmaqda” ittiham edib.

“Bu, onun yox, bizim evimizdir. Amma Tramp onu dağıdır”, – Klinton yazıb.

Qeyd edək ki, Tramp administrasiyasının Ağ Evdə yeni birmərtəbəli bal zalı inşa etmək planı ABŞ ictimaiyyətində və siyasətçilər arasında geniş müzakirələrə səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: