pasinyan 2

“Paşinyan Ermənistanda Bakının paketləyicisi kimi işləyir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qrant Melik-Şahnəzəryan deyib.

“O çalışır ki, Bakının tələbləri erməni ictimaiyyətində daha az müqavimətlə üzləşsin. Məsələn, Əliyev konstitusiya dəyişiklikləri məsələsini qaldıranda Paşinyan dərhal təsdiqləməyə başlayır ki, onlar bunu hələ 6 il öncədən planlaşdırırdılar” – deyə o bildirib.

Onun sözlərinə görə, Əliyevin Paşinyanı konstitusiya dəyişikliyinin təmini üçün dəstəkləməyə hazır olduğuna və növbəti 6 ayda ona Kərkinin geri qaytarılması məsələsini qaldırmaqla problem yaratmayacağına dair informasiya var:

“Yeni konstitusiyadan sonra Bakı Kərki və Zəngəzurdan dəhliz məsələsini qaldıracaq və sülh müqaviləsinin imzalanması üçün tələb edəcəklər”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: