Ara Mirziyan

Ermənistanda 2019-cu ildə vəhşicəsinə döyülən və 4 ilə yaxındır komada qalan polkovnik-leytenant Ara Mxitaryanın vəziyyəti kəskin pisləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Ermənistanın ehtiyatda olan hərbçiləri Ara Mxitaryanın səhhəti ilə bağlı həyəcan təbili çalıblar.

Bildirilir ki, ona qarşı zorakılıqlarda bugünkü hakim siyasi partiyanın deputatı Trdat Sərkisyan da iştirak edib, lakin ona ittiham irəli sürülməyib.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: