ABŞ Rusiya və Ukraynadan amerikalı nümayəndələrin səfəri zamanı qarşılıqlı zərbələri müvəqqəti dayandırmağı xahiş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Ukraynanı Moskvaya və Rusiyanın enerji obyektlərinə PUA hücumlarını dayandırmağa, Rusiyanı isə ABŞ nümayəndələrinin səfəri müddətində Kiyevdəki hədəflərə zərbələr endirməməyə çağırıb.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Rusiya səfəri zamanı Vladimir Putin və Vladimir Zelenskiyə münaqişənin həlli ilə bağlı yeni təkliflər təqdim edib-etməyəcəyi hələlik məlum deyil. Onların əsas diqqəti ərazi məsələləri üzrə fikir ayrılıqlarının azaldılmasına da yönələ bilər.
Qeyd edək ki, daha əvvəl Zelenski Uitkoff və Kuşnerin Moskvaya səfəri zamanı Ukraynanın hava məkanının təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib.
Əliyar Xəlil