Ödənişli yolda ağır qəza: ölən var

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Globalinfo.az bildirir ki, “BMW” markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Avtomobildə olan digər sərnişinlər – 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Hər üçü Bakı şəhər sakinidir.

Faktla bağlı araşdırma aparılır.