Fətəli Xan Xoyskinin qohumunun meyiti tapıldı – FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlunun nəvəsinin meyiti Gəncə şəhər Əziz Əliyev küçəsi bina 5-də olan mənzillərin birində aşkarlanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, yaxınlıqda yaşayan vətəndaşların çağırışı ilə əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri həmin ünvana gəlib və bağlı qapını açaraq mənzilə daxil olublar.

Həmin ünvanda yaşamış, 1948-ci il təvəllüdlü Xan Xoyski Azad Cəfər oğlunun meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, A.Xan Xoyski Xalq Cümhuriyyəti dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, AXC-nin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Həmçinin tarix elmləri doktoru, professor olub.