images 12 1

Çin nüvə silahının sınaqlarına başlayıb. Artıq sualtı qayığından uzaqmənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib.

Ekspertlərin fikrincə, bu, onsuz da gərgin olan ABŞÇin münasibətlərinə mənfi təsir göstərəcək.

Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Pekinin sualtı qayığından uzaqmənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirməsi ABŞ-ı, o cümlədən Çinə qonşu olan ölkələri narahat edəcək:

“Çünki qəfil belə bir sınağın həyata keçirilməsi müxtəlif suallar yarada bilər. Maraqlıdır ki, hazırda Pekinə qarşı ciddi təhdid yoxdur. Adətən belə sınaqlar gərginlik dövründə, yaxud hər hansı təhdid olduqda baş verir.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Bu sınaqların məqsədi, böyük ehtimalla rəqiblərə qarşı mesajdır. Söhbət ABŞ, Hindistan, Filippin və Yaponiyadan gedir. Pekinin bu ölkələrin əksəriyyəti ilə problemi var. Belə bir sınaq bütün bu dövlətlərdə ciddi suallar yaradacaq. Məsələn, Çin son zamanlar Yaponiyanın hərbi gücünü artırmasından narahatdır. Yaponiya İkinci Dünya müharibəsinin şərtlərini pozaraq passiv silahlanmadan imtina edir. ABŞ da buna icazə verir.

Ona görə Çinin bu addımı rəqib ölkələrin silahlanmasına gətirib çıxaracaq. ABŞ özü də prosesdə maraqlıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: