Prezident Laçın şəhərinin mərkəzi küçəsində ermənilərin törətdikləri dağıntılara baxıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb.

APA xəbər verir ki, dövlət başçısı çıxış edib.

Daha sonra dövlət başçısı Laçın şəhərinin mərkəzi küçəsində ermənilərin törətdikləri dağıntılara baxıb, şəhərin ərazisini seyr edib.