69b440966e93469b440966e935177342069469b440966e93269b440966e933 13 900x600 1

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İrana hava hücumları ilə başlayan müharibə zamanı gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

Globalinfo.az xəbər verir ki, İsrail Baş Nazirinin Ofisindən verilən açıqlamada Netanyahunun səfəri zamanı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşdüyü bildirilib.

Bəyanatda Netanyahunun səfərinin İsrail və BƏƏ arasındakı münasibətlərdə tarixi bir irəliləyişə səbəb olduğu qeyd edilib.

Amerika xəbər platforması “Axios” 26 aprel tarixli bir hesabatında İsrail və BƏƏ arasında hərbi, kəşfiyyat və təhlükəsizlik əməkdaşlığının müharibə zamanı ən yüksək səviyyəyə çatdığını bildirib.

“Axios” tərəfindən əlaqə saxlanılan rəsmilər bildiriblər ki, Netanyahu müharibənin ilk günlərində Əl Nəhyanla görüşdükdən sonra BƏƏ-yə İsrail ordusunun Dəmir Günbəz batareyası və onun əməliyyatından məsul olan onlarla İsrail əsgərinin göndərilməsini əmr edib.

Qeyd olunur ki, Netanyahu görüş zamanı İran qarşı genişmiqyaslı zərbələr endirilməsini də əmr edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: