ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotik alverçilərinin katerinə zərbə endirib.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatlarına əsasən, həmin kater qeyri-qanuni maddələrin daşınması üçün istifadə edilib və tanınmış narkotik qaçaqmalçılığı marşrutları boyu hərəkət edib. Xəbərə görə, endirilən zərbə nəticəsində üç narkotik taciri məhv edilib.