
“Neftçi” klubu hücumçu Dembo Darbo ilə yollarını ayırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Ağ-qaralar” qambiyalı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2024-cü ilin avqustunda “Neftçi”yə transfer olunan Darbo komandanın heyətində 19 rəsmi oyuna çıxıb və 5 qol vurub.