Naxçıvanda 6 rəis işdən çıxarıldı – Yeni təyinatlar

Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Nəsimi Novruzov işdən çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov sərəncam imzalayıb.

İcra başçısının digər sərəncamı ilə həmin vəzifəyə Anar Həziyev təyin olunub.

Həmçinin Naxçıvan şəhərində yerləşən 5 Mənzil İstismar İdarəsinin rəisi vəzifədən azad olunub.

Sərəncama əsasən, Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Firuz Əsədov, Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Abasət Vəliyev, Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Orxan Hüseynov, Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Xətai Məmmədov və Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinin rəisi İlqar Fərəcov işdən çıxarılıb.

Mirsənani Seyidovun digər sərəncamı ilə bu vəzifələrə müvafiq olaraq həmin vəzifələrə Vasif Qasımov, Bağır Abbasov, Mirələsgər Seyidov, Sabir Kərimov və Cəsarət Məhərrəmov təyinat alıblar.

Bundan əlavə, Naxçıvan şəhər 4 nömrəli Mənzil İstismar İdarəsinin rəisi vəzifəsinə isə Ayxan Məmmədov təyin olunub.