nato

NATO ABŞ istehsalı olan silahların Ukraynaya ötürülməsi üçün yaradılan “Prioritised Ukraine Requirements List” (PURL) proqramını hələ də tam işə sala bilməyib.

Globalinfo.az xəbər verir ki,  bu barədə “RİA Novosti” agentliyi ABŞ Konqresi üçün hazırlanmış hesabata istinadən məlumat yayıb.

Bildirilib ki, Şimali Atlantika Alyansına üzv 21 ölkə proqram çərçivəsində 4,15 milyard dollar vəsait ayırıb.

Bu məbləğ cari ilin 31 mart tarixinədək ABŞ xəzinəsinə köçürülsə də, indiyədək silah tədarükü üzrə müqavilələr bağlanmayıb.

Bundan əlavə, Vaşinqtonun mövcud hərbi ehtiyatları hesabına Ukraynaya silah tədarükünü sürətləndirmək cəhdi də nəticə verməyib.

Bildirilir ki, ABŞ martın sonunadək Pentaqon anbarlarından birbaşa Ukraynaya silah göndərməyə imkan verən 4,96 milyard dollarlıq səlahiyyətdən istifadə edə bilərdi.

Lakin ABŞ öz döyüş hazırlığını qorumağa üstünlük verdiyi üçün bu imkan reallaşdırılmayıb.

Qeyd edək ki, PURL proqramı ötən ilin iyulunda ABŞ və NATO tərəfindən Ukraynaya Amerika istehsalı olan silahların tədarükünü əlaqələndirmək məqsədilə yaradılıb. Mexanizmə əsasən, NATO üzvləri və tərəfdaş ölkələr silahların maliyyələşdirilməsini təmin edir, Ukrayna isə prioritet hərbi ehtiyaclarını müəyyənləşdirərək onları ABŞ və NATO ilə razılaşdırır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: